"Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək"


"Azay Quliyev Əli Həsənovun Azərbaycan parlamentində sonuncu nümayəndəsidir. O qədər yaxın olublar ki, Azay Quliyevin rəhbərlik etdiyi QHT Şurası illərlə Əli Həsənovun ailəsinə məxsus ofisdə (Fikrət Əmirov küçəsi 1)  yerləşib və ona milyonlarla pul ödəyib.
 
Pravda.az-ın xəbərinə görə, bunu 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Mustafa Hacıbəyli bildirib.
 
Onun sözlərinə görə, 8 saylı dairədə Azay Quliyevin zərrə qədər nüfuzu yoxdur: "İmza toplayarkən seçicilər mənə "Əvvəlki deputatın bir dəfə də üzünü görmədik, siz də beləmi olacaqsınız?" - deyə, sual verirdilər. Sentyabrın 1-də Azay Quliyev məğlub olacaq və Əli Həsənov parlamentdəki son nümayəndəsini itirəcək".
 
Bu və digər iddialarla bağlı Azay Quliyevin mövqeyini dərc etməyə hazırıq. 
 
Xatırlatma: Bir neçə gün öncə, A.Quliyevə məxsus olduğu bildirilən Bakıdakı villa ilə bağlı onun köməkçisi ilə əlaqə saxlasaq da, cavab ala bilmədik. Bildirildi ki, hazırda seçkiqabağı təşviqatla məşğuldurlar. 
Tarix: 16-08-2024, 22:40
Xəbəri paylaş





Xəbər lenti