AĞ Partiyası namizədindən Zahid Oruca irad!


33 saylı Xətai  birinci seçki dairəsindən namizəd, AĞ Partiya sədr müavini Kamran Məmmədli rəqibi Zahid Oruca irad tutub.
O bunu özünün sosial media hesabı vasitəsi ilə edib! Həmin statusu təqdim edirik:
"Bu gün sosial  mediada bəzi YAP və hakimiyyət yönümlü namizədlərin zalda geniş görüşləri qarşıma çıxdı.
 Əsas rəqibim hörmətli Zahid müəllimdə görüş keçirənlər arasında olub.
Mən özüm Xətai sakiniyəm və nədənsə o görüş haqda nə özümün, nə də ailə üzvlərimin öncədən məlumatı olmayıb.
 Maraqlıdır, Zahid müəllim seçicilərini görüş haqda necə məlumatlandırır?
Harada və saat neçədə olmasını onlara necə çatdırır?
Yoxsa bütün bu görüşlər əslində icra və jeklər tərəfindən təşkil olunur və oraya yığışan adamlarda oranın işçiləridir?
İstənilən YAP namizədi ilə bu məsələni müzakirə etməyə hazıram" deyə Kamran Məmmədli bildirib.
Siam-az.com
Tarix: 22-08-2024, 09:59
Xəbəri paylaş





Xəbər lenti