Vəfa Nağı: “Tənzilə Rüstəmxanlı plakatlarımı cırdırıb, insanlara ermənipərəst olduğumu deyirlər...”

“Tənzilə Rüstəmxanlının köməkçiləri çayxana-çayxana gəzib oradakı insanlara mənim ermənipərəst olduğumu deyirlər”.
 
Pravda.az xəbər verir ki, bu sözləri sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən namizəd olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) rəqibi rəqibi Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müşaviri Tənzilə Rüstəmxanlı barədə bildirib. 
 
“Neftçalalılardan böyük dəstək alıram. Bu məni çox sevindirir. Amma bu dəstək digərlərini narahat edir. Bizə deyirlər ki, Tənzilə Rüstəmxanlının köməkçiləri haqqımda qara təbliğat aparırlar. Çayxana-çayxana gəzib, oradakı insanlara mənim ermənipərəst olduğumu deyirlər. Tənzilə Rüstəmxanlı isə mən bazara girəndən sonra əraziyə baş çəkməyə məcbur olub. Amma bundan əvvəl bütün plakatlarımı cırdırıb. Heç bir narahatlığım yoxdur. Sadəcə istəyirəm, bir az da narahat olub, daha çox resurs xərcləsinlər...”, - V.Nağı deyib. 
Tarix: 22-08-2024, 22:08
Xəbəri paylaş





Xəbər lenti