“Biri arvadını, biri sevgilisini deputat görmək üçün çalışır” — Partiya sədri od püskürdü

“Biri arvadını, biri sevgilisini deputat görmək üçün çalışır” —
“Bugünkü parlamentin tərkibində küçə uşaqları oturublar. Bu adamlar belə yaxşıydısa, bacarıqlıydısa, özlərinə bir iş tapardılar. Özlərinə iş tapa bilməyən xalqın qayğısına necə qalacaq? Özü 20 il deputat olan şəxsin indi də qızı deputat olmaq istəyir. Hansısa nazir müavininin arvadı da deputatlığa namizəddir, kim-kimi saxlayırsa, onu qabağa veriblər. Yəni bu, biabırçı bir vəziyyətdir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Hafiz Hacıyev deyib ki, rəhbərlik etdiyi partiya da seçkilərdə iştirak edir:

“Partiyamız 13 namizəd vermişdi ki, onun hamısının üstündən xətt çəkdilər. Hazırda 3 rayon təşkilatımız iştirak edir”.

Partiya sədri qeyd edib ki, Azərbaycan xalqı öz seçimini düzgün etməlidir:

“Məsələn, hərəsi öz bacısı oğlunu deputat etmək istəyir, biri arvadını, biri sevgilisini deputat görmək üçün çalışır. Sual verirəm: 20 yaşında deputat olar? Onun hansı fəaliyyəti var, onun bu millətə hansı xidmətləri olub? Bu özünə iş tapa bilmir, sabah deputat kimi nə faydası olacaq? Bu cür insanlara görə xaricdən Azərbaycan dövlətinə qarşı hücumlar edilir”.
Tarix: 23-08-2024, 09:50
Xəbəri paylaş





Xəbər lenti