Vəkil BDYP-nin protokolundan şikayət verdi


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi vəkil Aydan Rəhimli barəsində inzibati protokol tərtib edib.
 
Pravda.az-ın xəbərinə görə, protokol İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir) maddəsinə əsasən yazılıb.
 
Vəkil protokoldan şikayət verib. İş Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatındadır.
Tarix: 23-08-2024, 09:56
Xəbəri paylaş





Xəbər lenti