Süleyman Mikayılovla Taleh Bəşirov torpaqları məmurlara satır


Əmlak məsələləri dövlət xidmətinin şöbə müdiri Taleh Bəşirov qanunsuz əməllərini davam etdirməkdədir. Dövlət torpaq fonduna məxsus əraziləri məmur-oliqarxlara, onların yaxın qohumlarına “münasib qiymətə” peşkəş edən bu şəxs, hazırda Qaradağ rayonunda böyük əraziləri özəlləşdirməkdə, bundan milyonlarla manat məbləğində vəsait qazanmaqdadır.

Bu barədə Tribunainfo.az-a verilən məlumatda bildirilib ki, Taleh Bəşirov bu işdə Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovla əlbir hərəkət edir. Həmçinin bu məsələdə o müxtəlif nazir, nazir müavinləri ilə də hərəkət etməkdədir:
“Taleh Bəşirov Qaradağda daha çox dənizə yaxın ərazilərin özəlləşdirilməsini təşkil edir ki, bu da həmin ərazilərin daha baha qiymətə satılması ilə bağlıdır. Taleh Bəşirov dövlət torpaq fonduna daxil olan elə strateji əraziləri satır ki, bu, dövlətin mənafeyinə, onun iqtisadi maraqlarına ziddir.

Çünki Taleh Bəşirovun satdığı bu əraziləri sabah müxtəlif dövlət qurumları müxtəlif sahibkarlardan icarə olaraq götürüb istifadə etməli olacaq ki, bu da dövlət üçün mütəmadi maddi itki deməkdir. Ümid edirik, bu rayonda aparılan icarə və özəlləşdirmə işləri araşdırılacaq”. Qarşı tərəfi dinləməyə hazırıq.
facebook sharing button

Tarix: 27-08-2024, 15:38
Xəbəri paylaş





Xəbər lenti