"Dəqiqələrimizi oğurladığı bəs deyilmiş kimi..." - "Azercell"ə qarşı TOTAL ETİRAZLAR...


Özünü "ölkənin ən böyük mobil operatoru" kimi təqdim edib öyünən "Azercell"dən şikayətlər durmadan artmaqdadır. Dia-az.İnfo olaraq bu qəbildən olan növbəti vətəndaş etir4azlarını təqdim edirik. Beləliklə...

Anar Kərimli adlı sosial şəbəkə istifadəçisi "Müştərinin Səsi" qrupundakı paylaşımında bildirir:

"Şikayətim "Azercell" barədə olacaq. Mal onlarındır deyə, ürəyi istədiyi kimi müştəriyə vermək və ya hədiyyə olaraq verilirsə də bunu belə formada müştəriyə təqdim etmək doğru deyil. Ən azından hədiyyə çarxından balansa oturan bonusları biz seçmirik, onu Azercell özü təqdim edirsə, belə şeyləri diqqətə almalıdır. Ekran şəklində də göründüyü kimi, saat 07:51-də 1G internet hədiyyə bonusu təqdim olunub, cəmi 9 dəqiqə sonra hədiyyə bonusun müddəti bitib. Yenə deyirəm bunu müştəri özü seçsə, yenə belə gülməli duruma görə müştərinin heç kəsi qınamağa ixtiyarı yoxdur, ancaq bu Azercell tərəfindən təyin olunan bonusdursa, zəhmət olmasa saat və zamanı düzgün ayarlayın və ya ona uyğun bonuslar təqdim edin..."

"Dəqiqələrimizi oğurladığı bəs deyilmiş kimi..."

Dia-az.İnfo qeyd edir ki, tanınmış yazar Səfər Alışarlı da "ən böyük mobil operator"dan şikayətçidir. O, eyni zamanda ictimaiyyətə müraciət edərək sözügedən şirkətə qarşı hamını etiraza belə səsləyir.

Səfər Alışarlı hüqüqşünaslara, vəkillərə xitabən bildirir:

"Hörmətli vəkillər!

Kömək edin bu soyğunçu "Azərcell"i məhkəməyə verək. Dəqiqələrimizi oğurladığı bəs deyil, Asan imza xidmətilə də o yandan soyur..."
Tarix: 28-08-2024, 11:27
Xəbəri paylaş





Xəbər lenti