Qorxunc gecənin şahidi: “Avtomatla insanları biçirdilər”

Qorxunc gecənin şahidi: “Avtomatla insanları biçirdilər” Yeni il gecəsi İstanbulda “Reina” gecə klubunda baş verən terror hadisəsinin şahidlərindən biri də Sinem Uyanıkdır.
Siam.az Publika.az-a istinadən xəbər verir ki, Sinem həmin dəhşətli anları belə xatırlayır: “Həyat yoldaşımla oradaydıq. Əylənirdik. Birdən çaxnaşma düşdü. Camaat bir-birini tapdalayıb qaçırdı. Ərim mənə qorxma dedi. Üstümə yıxıldı. Ərimə 3 güllə dəydi. Kabus kimi bir gecə idi. İki nəfər avtomatla qarşısına keçəni biçirdi. İçərini barıt iyi bürümüşdü. Həyəcandan özümdən getdim. Ayılanda ərimi qan içində gördüm. Ətrafda insanlar hamısı qan içindəydi”. Siam.az
Tarix: 1-01-2017, 10:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}