İstanbulda “Reina” qətliamı: onlarla insan xilas olmaq üçün özünü dənizə atıb

İstanbulda “Reina” qətliamı: onlarla insan xilas olmaq üçün özünü dənizə atıb Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Yeni il gecəsi İstanbulun elitar gecə klubu olan “Reina”da qətliamı törədən terrorçunun tək olmadığı, ərəbcə qışqıran iki, yaxud üç nəfərin içəridəkiləri güllələdiyi haqda məlumatlar var.

Lakin kamera görüntülərinə əsasən kluba bir terrorçu hücum edir. Onun hücumdan sonra qaçmağa necə imkan tapması da məlum deyil. Bəzi məlumatlara görə terrorçu paltarını dəyişərək qaça bilib. Hücum zamanı klubda 600-dan çox adam olub. “Reina” klubu Bosfor sahilində yerləşir. Onlarla adam canlarını qurtara bilmək üçün özlərini dənizə atıblar.

Sahil mühafizə qüvvələrinin xilasediciləri özlərini suya atanları xilas etmək üçün bütün gücünü səfərbər edib. Lakin istisna deyil ki, özlərini suya atanlardan boğulanlar da var və bu baxımdan terror aktının qurbanlarının sayı arta bilər. Çünki soyuq qış gecəsində özünü dənizə atanların bir çoxunun sürətlə qıc olub boğulması mümkündür.

* * *12:33

İstanbulda ötən gecə yerli vaxtla 01.30 radələrində uzunmənzilli avtomatik silahla silahlanmış terrorçunun qanlı qətliam törədərək qaçdığı “Reina” gecə klubu əsasən zənginlərin və xarici turistlərin sevimli məkanı hesab olunur.

Klubun sahibi Mehmet Koçarslan jurnalistlərə bildirib ki, ABŞ kəşfiyyatı “Reina”da terror hücumu gözlənildiyi haqda Türkiyə tərəfini məlumatlandırmışdı. Bu xəbərdarlıqdan sonra klubun ətrafında dənizdən də daxil olmaqla 8-10 gün ərzində geniş təhlükəsizlik tədbirləri görülüb. “Bəs nəticəsi nə oldu? Terrorçu göz görə-görə gəlib bu hücumu törətdi”-Koçarslan deyib.

Şahidlərin bildirdiyinə görə, terrorçu “Kalaşnikov” avtomatı ilə silahlanıbmış və əvvəlcə klubun girişində 1 polisi, 1 mülki şəxsi güllələyib. Sonra içəri daxil olaraq Yeni ili qeyd edənləri gülləyə tutub və hadisə yerindən qaçmağa müvəffəq olub.



* * *10:52

İstanbuldakı “Reina” gecə klubunda qətliam bir terrorçu tərəfindən törədilib.

Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu bildirib.

S. Soylu deyib ki, olayda həyatını itirən 39 nəfərdən 4-ü də “Reina” gecə klubunun işçiləridir. Türkiyənin daxili işlər naziri Santa Klaus geyimində gecə klubuna daxil olan şəxsin qətliamdan sonra paltarını dəyişərək oradan qaçdığını da söyləyib.

Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ isə terror aktı nəticəsində 39 nəfərin öldüyünü, xəstəxanalarda hazırda 65 yaralının olduğunu açıqlayıb. Yaralılardan 4-nün vəziyyəti ağırdır.

* * *10:00

İstanbulun Beşiktaş rayonunda yerləşən "Reina" gecə klubuna silahlı hücum olub.

Santa Klaus geyimli naməlum silahlı şəxslər kluba daxil olaraq içəridəki insanlara açıb açıblar.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, nəticədə 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

İstanbul valisi Vasip Şahin törədilmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, silahlı şəxslər yerli vaxtla saat 01.15 radələrində Ortakoy rayonunda yerləşən “Reina” gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıblar.

Hücum zamanı gecə klubunda 600-dək insan Yeni il bayramını qeyd edirmiş.
Tarix: 1-01-2017, 13:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}