Uçuşdan əvvəl huşunu itirən sərxoş pilot həbs olunub

Uçuşdan əvvəl huşunu itirən sərxoş pilot həbs olunub Kanada polisi Calgary aeroportunda uçuşdan əvvəl pilot kabinasında huşunu itirən sərxoş pilotu həbs edib.

Sunwing aviaşirkətinə məxsus təyyarənin heyət üzvləri 37 yaşlı pilotun qəribə davranışını görərək hüquq-mühafizə orqanlarına xəbər veriblər.

“Onlar [pilotun] kürsüdən yıxıldığını gördülər. Bu [təyyarənin] kapitanı idi” – Calgary şəhərinin polis nümayəndəsi deyib.



Polis pilotun qanında alokoqol həcminin maksimal səviyyədən 3 dəfə artıq olduğunu bildirir.

Cancun şəhərinə yollanan təyyarə öz uçuşunu başqa pilotla başa vurub.

Hadisə vaxtı hava laynerinin göyərtəsində 99 sərnişin və 6 heyət üzvü olub.

Sunwing-in nümayəndələri “çox çətin vəziyyətdə” düzgün hərəkət edən heyət üzvlərinə minnətdarlığını bildiriblər.

Aviaşirkət həmçinin hadisəyə görə üzr istəyib.

Pilotun adı məhkəmə prosesinə kimi açıqlanmır.

(bbc azəri)
Tarix: 1-01-2017, 17:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}