Ruhanidən Reina açıqlaması -virus kimi yayılacaq

 Ruhanidən Reina açıqlaması -virus kimi yayılacaq İran İslam respublikasının prezidenti Həsən Ruhani ötən gün Türkiyədəki əyləncə mərkəzlərində törədilən terakta münasibət açıqlayıb.

Siam.az Missiya.Az-a istinadən xəbər verir ki, İran dövlət kanalında gündəmi dəyərləndirən Ruhani bildirib ki, qarşısı alınmayacağı təqdirdə terror hər yerə yayılacaq.

"Yeni ilin ilk gününü İstanbulda kədərli bir hadisə ilə qarşıladıq. Dinc, müdafiəsiz insanların hər baxımdan pislənəcək bir hadisədir. Bu hadisə, terrorçuluğa qarşı çıxmayıb onu məhv eləmədikcə bir virus kimi heç kimə rəhm etməyərək hamıya yoluxacağını göstərdi." - deyə Ruhani açıqlamasında vurğulayıb.

İran prezidenti Suriyada əldə olunan atəşkəs razılaşmasında İranın iştirakının olmaması və Türkiyə ilə Rusiyanın təşəbbüsü ilə inkişaf etməsi barədə iddiaları da qəbul etməyib. "İran həm terrorçuluqla mübarizədə, həm də dipplomatiyada əhəmiyyətli və fəal rol oynayıb." Siam.az
Tarix: 2-01-2017, 09:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}