Qazaxıstanda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

 Qazaxıstanda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB Qazaxıstanda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Siam.az bildirir ki ,APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan DİN rəsmisi Ruslan İmankulov bildirib.

“Xilasedicilər dağıntılar altından üçü uşaq olmaqla, 9 nəfərin meyitini çıxarıb. Binanın uçması nəticəsində xəsarət alan daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib”, deyə R.İmankulov qeyd edib.

Onun sözlərinə görə, hazırda davam edən xilasetmə əməliyyatına 280 nəfər cəlb edilib.

Ötən axşam Qazaxıstanın Karaqanda vilayətində çoxmərtəbəli yaşayış binası qismən uçub. Hadisə Şaxan qəsəbəsində qeydə alınıb. İnsidentin səbəbləri araşdırılır.

***
03:12

Qazaxıstanda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Bu barədə Qazaxıstan DİN rəsmisi Ruslan İmankulov bildirib.

Onun sözlərinə görə, xilasedicilər tərəfindən dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb. Hazırda xilasetmə əməliyyatı davam edir.

Ötən axşam Qazaxıstanın Karaqanda vilayətində çoxmərtəbəli yaşayış binası qismən uçub. Hadisə Şaxan qəsəbəsində qeydə alınıb. İnsidentin səbəbləri araşdırılır.

***
23:41

Qazaxıstanın Karaqanda vilayətində çoxmərtəbəli yaşayış binası qismən uçub.

İnsident vilayətin Şaxan qəsəbəsində qeydə alınıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, dağıntılar altında qalanların olduğu bildirilir. Hadisə yerinə cəlb edilən xilasedicilər indiyədək 4 nəfəri xilas edib. Hazırda xilasetmə əməliyyatı davam edir.

İnsidentin səbəbləri barədə hələ ki, məlumat verilmir.
Siam.az
Tarix: 2-01-2017, 09:32
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}