Azərbaycandan sonra Gürcüstan: Tramp qərarını verdi

Azərbaycandan sonra Gürcüstan: Tramp qərarını verdi Amerikanin yeni seçilən prezidenti Donald Tramp Azərbaycandan sonra Gürcüstanda da "Trump Tower" layihəsini dayandırıb. Cebhe.info xarici mətbuata isitnadən bildirir ki, Batumi şəhərində həyata keçirilən layihənin dayandırılması barədə bəyanatı "Trump Organization" və Gürcüstanın "Silk Road Group" investisiya şirkətinin nümayəndələri birgə imzalayıb.

Layihəyə əsasən 47 mərtəbəli binanın tikintisi gözlənilirdi. Artıq 4 il idi ki, layihə barədə saziş imzalanmışdı.

Ekspertlərin fikrincə, prezidentin layihələri dayandırması barədə qərarı onun xarici siyasətinə investisiya maraqlarının təsiri olacağına dair iddialara cavab məqsədi daşıyır.

Beləliklə yeni seçilən prezident özünün investisiya maraqlarını yox, ölkənin maraqlarını əsas görtürəcəyinə dair mesaj verib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan və Braziliyadakı oxşar layihələr dayandırılmışdı.

Xəzər
Tarix: 5-01-2017, 09:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}