İŞİD niyə ABŞ ordusuna az hücum edir? - Rusiyalı ekspert

 İŞİD niyə ABŞ ordusuna az hücum edir? - Rusiyalı ekspert İŞİD Suriyada ABŞ-ın hərbi mövqelərinə də hücum edir, ancaq ABŞ-ı Rusiya və Türkiyə qədər özünə təhlükəli hesab etmir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Yelena Suponina bildirib.

İŞİD-in Suriyada ABŞ-ın hərbi mövqelərinə çox az hücum təşkil etdiyini bildirən Rusiya Strateji Araşdırmalar İnstitutunun direktorunun (RİSİ) müşaviri və Yaxın Şərq üzrə eksperti Yelena Suponina Vaşinqtonun bölgədə ikili oyun oynadğını qeyd edib:

"Terrorçular bunu hiss edir. ABŞ onlar üçün lazımi səviyyədə təhdid yaratmır. Onlar belə bir təhlükə görmürlər. Bu səbəbdən terrorçular bölgədə Amerikanın hərbi mövqelərinə az hücum edir".

Bölgədə terrorçularla mübarizə aparanın Rusiya və Türkiyə olduğunu vurğulayan rusiyalı ekspert "İŞİD bu iki ölkəyə nisbətən Amerika əsgərləri ilə artıq qarşıdurmaya girmir. Səbəbi də budur: Amerika regionda ikili oyun oynayır. Vaşinqton bir tərəfdən rəsmi şəkildə terrorla mübarizə aparır, digər tərəfdən isə bölgədəki terrorçu qrupları öz məqsədləri üçün istifadə etməyə çalışır. Məsələn, ABŞ, Suriya Prezidenti Bəşər Əsədə qarşı bu terrorçu dəstələrindən istifadə etməyə çalışır", - söyləyib.
Tarix: 9-01-2017, 22:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}