Prezidentin kürəkəni maaşından imtina etdi

Prezidentin kürəkəni maaşından imtina etdi Amerikanın yeni seçilən prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Ağ evdəki maaşından imtina edəcək. Cebhe.info xəbər verir ki, bu barədə məlumatı Bloomberg yayıb. Məlumata görə, Ağ evdə böyük məsləhətçi vəzifəsinə təyin olunacağı deyilən Kuşner bu vəzifəni tutacağı müddətdə alacağı əmək haqqından imtina edib.

"Kuşner adminstrasiyada işlədiyi müddətdə əmək haqqı almamaq qərarına gəlib” deyə Trampın keçid komandasından verilən məlumatda deyilir.

CNBC telekanalının məlumatına görə isə, Trampın qızı İvanka Ağ evdə işləməyəcək. O, eyni zamanda “Trump Organization” şirkətindəki bütün vəzifələrindən də istefa verəcək.
Tarix: 10-01-2017, 08:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}