Çeçenistanda döyüşlər, ölənlər var
Çeçenistanda xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində iki silahlı şəxs məhv edilib.“İnterfax”ın məlumatına görə, bu barədə Şimali Qafqaz Federal Dairəsinin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Bildirilib ki, yaraqlılar Urus-Martanovsk dağlarındakı meşəlik ərazidə aşkarlanıb. Güc strukturlarının "təslim olma" çağırışlarına yaraqlılar atəş ilə cavab veriblər və atışma nəticəsində öldürülüblər.
Silahlıların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
Xüsusi əməliyyat iştirakçılarından heç kim xəsarət almayıb.
Siam.az
Tarix: 31-03-2017, 09:48