Ermənistanda seçki: 4 partiya və 1 blok parlamentdə

Ermənistanda seçki: 4 partiya və 1 blok parlamentdə Ermənistanda keçirilən seçkilərin ilkin nəticələrinə görə parlamentə 4 partiya və blok təmsil olunacaq. Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatında vurğulanır. Artıq gecə saatlarında 2009 məntəqədən 1503-nün protokolları MSK-ya daxil olub.

İlk yeri hələlik səslərin 49,32%-ni toplayan Respublika Partiyası tutur. İkinci yerdə “Tsarukyan” bloku (27,67 %) qərarlaşıb. Bülletenlərin 64%-nin hesablanmasından sonra “Yelk” bloku 7%-liq keçid həddini adlaya bilib. 7,39% səs toplayan “Yelk” və 6,76 % səs toplayan “Daşnaksutyun” Partiyası da bu nəticələrlə parlamentdə təmsil olunacaq. Məntəqələrdən məlumat ümumiləşdirildikcə səslər dəyişə bilər.

Digər partiyalar parlamentə keçidi təmin edəcək qədər səs toplaya bilməyib. Parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs toplamalı idi.

Xəzər
Tarix: 3-04-2017, 08:33
Xəbəri paylaş





Xəbər lenti