Peterburq terraktdan sonra: Rabitə kəsildi, əhali küçələrdədir- Soydaşımız xəbər verir

Peterburq terraktdan sonra: Rabitə kəsildi, əhali küçələrdədir- Soydaşımız xəbər verir “Sankt-Peterburqda metro stansiyasında baş verən terror aktından sonra şəhərdə vəziyyət gərgindir. Telefon rabitəsi kəsilib, metro stansiyaları bağlandığına görə çox sayda insan küçələrdə qalıb”.

Bunu Cebhe.info-ya Rusiyada yaşayan soydaşımız E.Vəliyeva bildirib. Onun sözlərinə görə, baş verən terror aktından sonra digər yerlərdə də bənzər hadisənin törədilməsi təhlükəsi ilə insanlar daha çox piyada hərəkət etməyə üstünlük verirlər. Həmçinin 8 metro stansiyası bağlanıb.

Mobil rabitədə də problemlər yaranıb. Ancaq mobil əlaqənin operatorlar tərəfindən təhlükəsizlik məqsədilə kəsildiyi, yoxsa yüklənmə nəticəsində problemin ortaya çxıdığı xəbər verilmir.
Tarix: 3-04-2017, 20:13
Xəbəri paylaş





Xəbər lenti