Böyük müharibə təhlükəsi: Şəhər və rayonlar boşaldılır

Böyük müharibə təhlükəsi: Şəhər və rayonlar boşaldılır Atom sualtı qayığı Şimali Koreya sahillərindədir

"Çin lideri Si Tszinpinə zəng vuraraq Şimali Koreya rejiminə təzyiq göstərməyi xahiş etdim. Xahiş etdim ki, Şimali Koreya rəhbərliyinə çatdırsın ki, ABŞ-ın təkcə təyyarədaşıyanları yox, atom sualtı qayıqları da var”.
İstiPress-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, "Wall Street Journal" qəzetinə müsahibə verib.
Məlumata görə, ABŞ prezidenti ilə Çin lideri arasında telefon danışığı aprelin 11-də olub. Tramp deyib ki, telefon danışığı zamanı Pxenyanın nüvə silahına malik olmasına imkan verməməyin zəruriliyini diqqətə çatdırıb. "Hələlik onların belə silahı hədəfə çatdıracaq vasitələri yoxdur, ancaq onlar bunu əldə edəcəklər”.
Bundan əvvəl Rusiya mənbələri xəbər yayıb ki, ABŞ-ın 154 "Tomoqavk” raketi ilə silahlanmış "Ohayo” atom sualtı qayığı Şimali Koreya sahillərindədir.

Rusiyanın "Pravda.ru” saytı isə xəbər yayıb ki, Şimali Koreya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib və ölkədə həyəcan siqnalları verilir. Bəzi məlumatlara görə, bir neçə şəhər və rayonda insanlar sığınacaqlara istiqamətləndirilir.

ABŞ yeni donanma qrupunu Koreya yarımadasına göndərdikdən sonra Yaponiyanın da döyüş gəmiləri bu donanma qrupuna qoşulmaq üçün hazırlandığı bildirilir.

Siam.az
Tarix: 13-04-2017, 22:58
Xəbəri paylaş





Xəbər lenti