İlanı 7 aya narkotikdən xilas ediblər

İlanı 7 aya narkotikdən xilas ediblər Avstraliyada iki metrlik pitonu narkotik aludəçiliyindən sağaldıblar.



Bu barədə “Northern Star” nəşri yazıb. Piton metamfetamin hazırlanan gizli laboratoriyada saxlanıb. Kimyəvi maddələr və havaya yayılan narkotik maddənin izləri pitonu narkomana çevirib. Polis basqınından sonra sözügedən laboratoriya qapadılıb. İlanı isə Sidneydə yerləşən türmə kompleksinin ərazisindəki heyvanlar üçün mərkəzə yerləşdiriblər. Mərkəzin əməkdaşı İena Mitçella deyib ki, ilk vaxtlar ilan özünü çox narahat, aqressiv və təxmin edilməz şəkildə aparıb. Sakit davranan, asta sürünən, ləng hərəkət edən pitonlardan fərqli olaraq, o, fasiləsiz olaraq və cəld şəkildə sürünürmüş.



Pitonun narkotik asılılıqdan qurtulması üçün 7 ay lazım gəlib. Hazırda ona yeni sahib axtarılır.(Musavat)


Tarix: 14-04-2017, 07:04
Xəbəri paylaş





Xəbər lenti