ABŞ və Rusiya arasındakı psixoloji müharibənin - Simvolu

ABŞ və Rusiya arasındakı psixoloji müharibənin - Simvolu
Rusiya və ABŞ Əsəd rejiminin gələcəyi məsələsində hələ də fərqli düşünürlər. Əsəd eyni zamanda Rusiya-ABŞ arasında psixoloji müharibənin simvoludur.

Axar.az xəbər verir ki, bu barədə məqaləsində "Milliyyət" qəzetinin yazarı Nihad Özcan çıxış edib.

"Ötən həftə Suriya ordusunun kimyəvi qazdan istifadə etdiyi barədə iddialar ilə başlayan və ABŞ-ın raket hücumu ilə artan gərginlik hələlik nəzarət altına alınmış görünür. Ancaq tərəflər Əsəd rejiminin gələcəyi məsələsində hələ də fərqli düşünürlər. Rusiya Suriyadakı maraqlarını ancaq Əsəd və Əsəd rejiminin əsaslandığı qruplarla təmin edəcəyini proqnozlaşdırır. Eyni zamanda, Əsəd Rusiya ilə ABŞ arasında gedən "psixoloji savaş"ın da simvoludur. Rusiya geri addım atdığı təqdirdə, ciddi nüfuz itkisinə məruz qalacağını düşünür. Hər iki tərəf də münaqişənin siyasi üsullarla həll edilməsi lazım olduğunu desə də, bunun bir arzudan o tərəfə keçməsinin mümkün olmadığı açıq-aydındır. Çünki ortada yol xəritəsi yoxdur",- Özcan qeyd edib.
Tarix: 15-04-2017, 08:09
Xəbəri paylaş





Xəbər lenti