Marian çökəkliyində həyat izləri aşkarlandı

Marian çökəkliyində həyat izləri aşkarlandı Beynəlxalq tədqiqat qrupu dünya okeanının ən dərin yeri sayılan Marian çökəkliyində həyat izlərinə rast gəlib.

Metbuat.az xəbər verir ki, alimlər uzaqdan idarə edilən sualtı aparatların köməkliyi ilə Cənubi Çamorro palçıq vulkanı yaxınlığından 46 nümunə götürüb. Serpentinitdən ibarət bu sualtı dağ hidrotermal mənbədən törəyərək, Marian çökəkliyinin üst qatına düşüb.

Serpentin nümunələrində həyat fəaliyyəti olan orqanizm izləri aşkar edilib. Alimlərin fikrincə, Marian çökəkliyinin 10 kilometrlərlə altında canlı həyat var. Mineralların tərkibində olan üzvi maddələr isə həyat fəaliyyəti olan mikroblar sayəsində yaranır.

Alimlər eyni zamanda qeyd edirlər ki, üzvi maddələr canlı orqanizmlərlə əlaqəsi olmayan proseslər nəticəsində də yarana bilər.

Aytən Novruzova
Tarix: 17-04-2017, 09:04
Xəbəri paylaş





Xəbər lenti