Ərdoğan qələbədən sonra Sultanın məzarına getdi... ”Quran” oxudu - FOTO - VİDEO

Ərdoğan qələbədən sonra Sultanın məzarına getdi... ”Quran” oxudu - FOTO - VİDEO Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan referendum nəticələri açıqlandıqdan sonra bir sıra ziyarətlər edib.

Cebhe.info xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan TBMM sədri İsmail Kahraman ilə birlikdə Merkezefendide yerləşən Neecmettin Erbakanın məzarını ziyarət edib.

Prezident Ərdoğan Erbakanın məzarını ziyarət etdikdən sonra Eyüp Sultana gələrək, Ebu Eyyüb El-Ensarinin türbəsini ziyarət etdi, dua oxudu. Bundan sonra, prezident Fateh Sultan Mehmetin məzarını da ziyarət edib və orada “Quran” oxuyub.

Daha sonra, Prezident Ərdoğan Yavuz Sultan Səlimin türbəsinə gedib, ziyarət edərək, dua oxuyub.
Tarix: 17-04-2017, 23:15
Xəbəri paylaş





Xəbər lenti