Türkiyə prezidenti ATƏT-i öz yerini bilməyə çağırıb

Türkiyə prezidenti ATƏT-i öz yerini bilməyə çağırıb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ATƏT öz yerini bilməlidir.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"Birincisi, öz yerinizi bilin! Biz sizin siyasi baxımdan əsaslandırılmış hesabatlarınıza qulaq asan deyilik", - deyə agentlik Ərdoğanın sözlərini sitat gətirib.

Türkiyədə keçirilən referendumda konstitusiyaya düzəlişlər edilməsinin tərəfdarları qalib gəliblər.

Bundan əvvəl ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu referendumun Avropa Şurası standartlarına uyğun olmadığını bəyan edib.

Siam.az
Tarix: 18-04-2017, 08:51
Xəbəri paylaş





Xəbər lenti