“40 milyon vətəndaşımız güclə dolanır, artıq yeni “fürer” yaranır” –Gennadi Züqanov

“40 milyon vətəndaşımız güclə dolanır, artıq yeni “fürer” yaranır” –Gennadi Züqanov Rusiyada siyasi böhran və “yeni fürer”in peyda olması qaçılmazdır.

Bunu Rusiya Dumasında Baş nazir Dmitri Medvedyevə müraciət xarakterli çıxışı zamanı Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov söyləyib.


“Əgər biz kursu dəyişməsək və hökumətin tərkibini gücləndirməsək, ölkədə siyasi böhran qaçılmaz olacaq. Sizin hökumət hələlik çox zəifdir. Rusiya cəmiyyətində parçalanma artır. 1%-lik insan toplusu ölkənin 90% sərvətini əlinə keçirib. 40 milyon vətəndaşımız güclə dolanır. Artıq yeni “fürer” yaranır. Mən bu barədə danışmaq haqqına sahibəm. Ona görə ki, mən SSRİ-nin faciəsini, Yeltsinin davranışını görmüşəm.

Ölkənin resursları və maliyyəsi sərhəddən kənara axdıqca, bizim nə təhlükəsizliyimiz güclü olacaq, nə də iqtisadiyyatımız. Rusiyaya mütləq keyfiyyətli, iqtisadiyyatı inkişaf etdirən, əhalinin cibindəki pulunu oğurlamayan bank sistemi lazımdır”, – Züqanov vurğulayıb/Axar.az.
Tarix: 20-04-2017, 19:26
Xəbəri paylaş





Xəbər lenti