Elektrik naqili futbol mərkəzinin damına düşdü: 30 ölü

Elektrik naqili futbol mərkəzinin damına düşdü: 30 ölü Nigeriyada yüksək gərginlikli elektrik naqilinin azarkeşlərin “Mançester Yunayted” “Anderlext” oyununu izləyədiyi futbol mərkəzinin damına düşməsi nəticəsində 30 nəfər ölüb.



“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat yayıb.



İnsident Kalabar şəhərində qeydə alınıb. Nəticədə 28 nəfər hadisə yerində, daha 2 nəfər isə xəstəxanada ölüb.



“Mançester Yunayted” klubu “Twitter” səhifəsində həlak olanların yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.
Tarix: 22-04-2017, 08:17
Xəbəri paylaş





Xəbər lenti