Le Penin atası: "Fransızlar, mənim qızımı prezident edin!"

Le Penin atası: "Fransızlar, mənim qızımı prezident edin!" Milli cəbhə liderinin atası və hərəkatın banisi Jan – Mari Le Pen seçkilərin ilkin nəticələrini şərh edərkən, seçiciləri onun qızına inanmağa və seçkilərin ikinci turunda onun üçün səs verməyə çağırıb.

Virtualaz.org bildirir ki, o BFMTV telekanalının efirində deyib: "Əgər fransızların gözləri açılıbsa, onlar sirli namizədə yox, onun qızına inana və onu prezident edə bilərlər".

Jan – Mari Le Pen əlavə edib ki, fransızların "həqiqi namizədin" ətrafında birləşmələrindən təəccüblənməyib.
Tarix: 24-04-2017, 06:43
Xəbəri paylaş





Xəbər lenti