Rusiyanı Cənubi Qafqazla birləşdirən yol bağlanıb

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol bağlanıb Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu minik və yük avtomobilləri üçün bağlanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.

Yolun Moskva vaxtı ilə saat 01:30-dan etibarən bağlandığı bildirilir. Yol qeyri-sabit hava şəraiti ilə əlaqədar qeyri-müəyyən müddətə bağlanıb.

Ötən gün şiddətli yağış və sel təhlükəsi səbəbindən Transqafqaz magistralında nəqliyyatın hərəkəti dayandırılıb.
Tarix: 24-04-2017, 06:50
Xəbəri paylaş





Xəbər lenti