Ukraynada sabiq nazirin 12 milyard dolları əlindən alındı

Ukraynada sabiq nazirin 12 milyard dolları əlindən alındı Ukrayna hakimiyyəti sabiq gəlirlər və yığımlar naziri Aleksandr Klimenkonun 12 milyard dollar vəsaitini blokalayıb.

UNİAN xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukraynanın daxili işlər naziri Arsen Avakov bildirib.

“Bu gün bloklanan 12 milyard dollar bizim sonrakı prosessual tədbirlərimiz üçün olduqca böyük əhəmiyyətə malikdir”, - deyə nazir vurğulayıb.

Ukrayna hüquq-mühafizə orqanları sabiq nazir və onun ailə üzvlərinə məxsus obyektlərdə 183 axtarış əməliyyat tədbirləri həyata keçirib.
Tarix: 14-07-2017, 22:13
Xəbəri paylaş





Xəbər lenti