ABŞ müdafiə naziri:“NATO və Rusiyanın raket sistemləri heç bir zaman uyğun gələ bilməz”

ABŞ müdafiə naziri:“NATO və Rusiyanın raket sistemləri heç bir zaman uyğun gələ bilməz” “Rəsmi Ankaranın NATO-dakı müttəfiqlərindən deyil, Rusiyadan raket sistemləri almasına dair qərarı ölkənin suveren hüququdur”.

TASS agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Bu müstəqil bir qərardır. Lakin problem "S-400" sisteminin operativ uyğunlaşdırılmasındadır. NATO və Rusiyanın raket sistemləri heç bir zaman uyğun gələ bilməz. Bunu təmin etmək sadəcə mümkün deyil”, – deyə C.Mettis qeyd edib.

Bundan əvvəl “Bloomberg” agentliyi xəbər verib ki, Türkiyə Rusiyadan "S-400" zenit-raket komplekslərini əldə etməyi qərara alıb.
Tarix: 15-07-2017, 10:14
Xəbəri paylaş





Xəbər lenti