S-400 sistemləri ilə bağlı Türkiyə-Rusiya sövdələşməsi uğurla başa çatıb:gələcəkdə Türkiyə də bu sistemləri istehsal edəcək

S-400 sistemləri ilə bağlı Türkiyə-Rusiya sövdələşməsi uğurla başa çatıb:gələcəkdə Türkiyə də bu sistemləri istehsal edəcək  Ünsal Ərgəl

Türkiye (Türkiyə), 14.07.2017



Məlum olub ki, Türkiyə Rusiyanın dörd divizion S-400 hava hücümundan müdafiə raket sisteminə 2,5 milyard dollar ödəməyə razılaşıb. S-400-lərin alqısı xüsusunda Türkiyə ilə Rusiya arasında müəyyən müddət ərzində davam edən danışıqlar başa çatıb. Aydınlaşıb ki, texniki məsələlər üzrə uzlaşma əldə olunub və 2,5 milyard dollar məbləğində dörd raket batareyasının alınması haqda saziş ilkin təqdir əldə edib.

Suriya və İraq hadisələri Türkiyəni təcili şəkildə hava hücumundan müdafiə sistemləri axtarmağa hərəkətləndirib. Əvvəllər NATO çərçivəsində Türkiyədə yerləşdirilmiş Patriot kompleksləri Türkiyə ərazisindən çıxarıldıqdan sonra bu tələbat daha da kəskinləşib. Türkiyə bunun ödənməsi üçün əvvəlcə amerikalılarla Patriot sistemləri, fransızlarla Aster SAMP/T raketləri, çinlilərlə FD-2000 müdafiə sistemləri üzrə danışıqlar aparıb, lakin nəticəyə nail ola biməyib. Türkiyə sonradan eyni zamanda böyük sayda hədəfləri və hətta gözəgörünməz təyyarələri də izləyə bilən S-400 uzaq məsafəli HHM sistemləri istehsal edən Rusiya ilə danışıqlara başlayıb.



Həm kredit, həm də birgə istehsal



Rusiyadan alınması planlaşddırılan iki ədəd S-400 batareyası dördbatareyalı Patriot sisteminə ekvivalentdir. Hərbçi rəsmilərdən alınmış məlumata əsasən, birinci batareya iki il yarım müddətinə istehsal ediləcək və Türkiyəyə tədarük olunacaq. İkinci batareyanın böyük qismi bir il ərzində Türkiyədə istehsal ediləcək, sonralar isə istehsal texnologiyalar ötürülməklə və birgə layihələrin gerçəkləşdirilməsi ilə Türkiyədə yaradılmış obyektlərdə sürəcək. Bu sazişin başqa bir davamlı yönü bundan ibarətdir ki, 2,5 milayrd dollar məbləğin önəmli hissəsi Rusiyanın təqdim etdiyi kreditin hesabına maliyyələşdiriləcək. Hərbçi rəsmilər xəbər verirlər ki, Rusiya xəzinəsindən veriləcək kredit 1,5 milyard dollar təşkil edəcək.



Tərcümə Strateq.az-ındır.
Tarix: 15-07-2017, 10:16
Xəbəri paylaş





Xəbər lenti