Tramp bir ucdan vəkillərə pul xərcləyir, istefa yeganə çıxış yoludur?

Tramp bir ucdan vəkillərə pul xərcləyir, istefa yeganə çıxış yoludur? ABŞ prezidenti Donald Trampın, Rusiyanın ABŞ-dakı seçkiyə müdaxiləsi məsələsi ilə bağlı vəkillərə çərkdiyi xərclər sürətlə artır. Bu barədə iyulun “USA Today” qəzeti Federal seçki komisiyasına istinadla məlumat yayıb.

Tramp prezidentliyinin ilk 3 ayı ərzində hüquqi xidmətlərə görə 249 min dollar xərcləyibsə, apreldən iyunadək vəkilləri tərəfindən verilən hesab qəbzləri 677 min dolları keçib.Təkcə prezidentin böyük oğlu tərəfindən tutulan nyu-yorklu vəkil Alan Futerfasa iyunun 27-də 50 min dollar ödənilib.


Oğul Tramp ötən il seçkiqabağı kampaniyaların qızğın dövründə, ABŞ prezidentliyinə digər namizəd Hillari Klinton barədə komramat vəd edən rusiyalı hüquqşunas Natalya Veselnitskaya ilə görüşdüyünə görə qalmaqalla üzləşib.

Mənbənin yazdığına görə vəkil Futerfasa pul köçürməsi, “The New York Times” qəzetinin oğul Tramp-la Veselnitskayanın görüşü barədə məlumat yaymasından əvvəl olub, yəni təxminən Futerfasın oğul Trampın hüquqlarını qoruyacağı barədə məlumatdan 2 həftə qabaq.
Tramp bir ucdan vəkillərə pul xərcləyir, istefa yeganə çıxış yoludur?


Vəkillərə bu xərclər prezidentin seçki qərərgahının 2020-ci il seçkiləri üçün topladığı vəsaitdən ödənilir.USA Today-ın məlumatına görə, hazırda gələcək kampaniya üçün azı 12 milyon dollar toplanıb.

Bu arada "The İndependent" aparıcı Kolumbiya Universiteti professoruna istinadən yazır ki, Donald Tramp böyük bir ehtimalla oğluna, ya da kürəkəninə görə istefa verməli olacaq. Professor Filip Bobbit hesab edir ki, prezidentin istefasına onun ailə üzvlərindən bəzilərinin mühakimə edilməsinin səbəb olacağı ən inandırıcı variantlardan biridir.

Oğul Donald Trampın açıqladığı e-maillərdən aydın olub ki, onunla birlikdə Kremlə bağlı vəkilin görüşündə, prezidentin kürəkəni Jared Kuşner və seçki kampaniyasının başçısı Paul Manafort da iştirak ediblər.Həmin e-maillərdən birindən məlum olurdu ki, oğul Tramp vəkillə görüşməyə razılığı ondan Hillary Klinton barədə gözdən salan məlumat almaq üçün verib.

"Trampın siyasi məqsədlərinin nə olmasından asılı olmayaraq, bəlli olan budur ki, son seçkidə sülalə yaratmaq niyyəti iki siyasi sülaləni məhv edib," - professor Evening Standard qəzetinə deyib. Onun sözlərinə görə hazırda istefa nə qədər uzaq perspektiv kimi görünsə də, istefa prezidentin öz uşaqlarını həbsxanadan, özünü isə gələcək mühakimədən qorumaq üçün yeganə seçimi ola bilər.Tramp bir ucdan vəkillərə pul xərcləyir, istefa yeganə çıxış yoludur?



Professor bildirib ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsindən yaranmış qalmaqaldan ən yaxşı çıxış yolu prezidentin istefası olacaq. Professor Bobbit keçmiş prezidentlərdən Lindon Consonun qardaşı oğludur və mötəbər konstitusiya nəzəriyyəçilərindən biridir. O, Nikson, Corc Buş və Trampı çıxmaq şərtilə bütün Amerika prezidentlərinin xüsusi müşaviri olub. Professorun Princeton, Yale və Oxford universitetlərindən dərəcələri var. Tramp barədə yazdığı məqalədə professor Bobbitt qeyd edir ki, əgər prezident öz istefası ilə yox, impiçmentlə vəzifəsini itirərsə, bu onun rüşvət almasına görə yox, rüşvət təklif etməsinə görə olacaq.

O xatırladır ki, Tramp Ceyms Komidən loyallıq və Rusiya təhqiqatının dayandırılmasını istəmişdi və bunun müqabilində ona vəzifəsində qalmağı təklif edirdi. Lakin Komi onun bu istəyinə cavab verməyəndə onu vəzifəsindən azad etmişdi.Professor hesab edir ki, bu da rüşvət təklifi kimi qiymətləndirilə bilər. Bobbitt yazır ki, buna bənzər ittihamla impiçment olunmuş Riçard Nikson da üzləşmişdi. O da məhkəmədən daha yaxşı nəticə əldə etmək üçün hakimə vəzifə yüksəlişi təklif etmişdi.

Virtualaz.org
Tarix: 16-07-2017, 21:07
Xəbəri paylaş





Xəbər lenti