Türkiyədən Kiprlə bağlı sərt mövqe: Belə davam etməyəcək

Türkiyədən Kiprlə bağlı sərt mövqe: Belə davam etməyəcək Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kipr məsələsilə bağlı kəskin bəyanatlar verib.

Axar.az xəbər verir ki, M. Çavuşoğlu Şərqi Aralıq dənizində yunan Kiprinin birtərəfli qaydada karbohidrogen fəaliyyəti ilə məşğul olmasının doğru olmadığını söyləyib.

Çavuşoğlu Kipr adası ətrafındakı ehtiyatlarda türk xalqının da haqqının olduğunu bildirib: "Artıq bundan sonra Kiprdə başqa proseslər olacaq. Ömür boyu bu şəkildə bu proses belə davam edə bilməz".
Tarix: 19-07-2017, 00:24
Xəbəri paylaş





Xəbər lenti