Oğru ev sahibəsini oyandırıb pul istədi

Oğru ev sahibəsini oyandırıb pul istədi Türkiyənin İzmir şəhərində ilginc oğurluq hadisəsi baş verib.



B.A adlı 35 yaşlı qadının evinə girən oğru həmin an yatan ev sahibəsini oyandırıb. “Abla, bir dəqiqə bura baxsana” deyə ev sahibini çağıran oğru daha sonra öz xahişini də deyib. “Mən yan tərəfdəki xidmətçi qadının oğluyam. Əsgərəm, öz hərbi hissəmə gedəcəm. Mənə 50 lira (25 AZN) verə bilərsən?”



Bu xahişdən şoka düşən ev sahibəsi oğruya cəmi 20 lira (10 AZN) verib. Sonradan isə məlum olub ki, bu, gəncin eyni taktika ilə ilk oğurluq hadisəsi deyil. O, daha öncə də yaşlı bir qadının evinə girərək, “məni oğlunuz göndərdi, 100 lira verin” deyib.

Siam.az
Tarix: 19-07-2017, 07:38
Xəbəri paylaş





Xəbər lenti