Qətər təzminat istəyir – Səudiyyə, BƏƏ, Bəhreyn və Misir məhkəmədə cavab verməlidir

Qətər təzminat istəyir – Səudiyyə, BƏƏ, Bəhreyn və Misir məhkəmədə cavab verməlidir Hurriyyet.org xəbər verir ki, ölkəyə qarşı tətbiq edilən embarqonun haqsız olduğunu bildirən qətərli nazirlər dövlətə dəymiş zərərin ödənilməsi üçün məhkəmə iddiası qaldıracaqlarını bildiriblər.

Qətərin müdafiə naziri Xalid bin Muhamme əl-Atiyyə və iqtisadiyyat və ticarət naziri şeyx Əhməd bin Qasim bin Muhammed Əl Sani ölkələrinə qarşı qoyulan embarqonun haqsız olduğunu bildirərək, Qətərə dəymiş zərər üçün təzminat tələb edəcəklərini bəyan edib.

Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyye, ölkəsinə embarqo qoyan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirə qarşı Beynəlxalq Məhkəmədə iddia qaldıra biləcəklərini deyib.

Atiyyə TRT-nin “World televizyon” (Dünya televiziyası) kanalına verdiği ve Qətərin QNA informasiya agentliyində yayılan müsahibədə bu barədə danışıb.

Ölkəsini, 1980-ci illərdə Beynəlxalq Məhkəməyə müraciət edərək Vaşinqton iqtidarına qarşı 12 milyard dollarlıq təzminat iddiasında qələbə qazanan Nikaraquaya bənzədən Atiyyə deyib: “Təzminat almaq üçün Beynəlxalq Ədalət Məhkəməsində haqqında danışdığımız ölkələrə qarşı iddia qaldıra bilərik”.

Siam.az
Tarix: 19-07-2017, 07:49
Xəbəri paylaş





Xəbər lenti