İrandan ABŞ-a ultimatum
ABŞ İranın sərhədlərindən 1000 kilometr məsafəyə qədər ərazilərdə yerləşən bazalarını ləğv etməlidir.Axar.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı mayor Məhəmməd Cəfəri deyib. O bildirib ki, Vaşinqtonun İrana qarşı sanksiyaları davam edəcəyi təqdirdə bu şərtə əməl edilməlidir:
"Ölkənin havada, suda və quruda raket gücü sürətlə artır və bu sövdələşmə, yaxud danışıqlar mövzusu ola bilməz".
Qeyd edək ki, bundan əvvəl ABŞ İrana qarşı sanksiyaları genişləndirdiyini bildirmişdi.
Tarix: 20-07-2017, 09:26