ABŞ Kongresində Rusiyaya qarşı yeni sanksiyalar razılaşdırılıb

ABŞ Kongresində Rusiyaya qarşı yeni sanksiyalar razılaşdırılıb ABŞ kongresində hər iki partiyanın liderləri Rusiyanın ABŞ seçkilərinə iddia edilən müdaxiləsinə görə yeni sanksiyalarla cəzalandırmağı mümkün etmək üçün qanun layihəsi üzrə razılıq əldə ediblər.

Yeni qanun layihəsi prezident Trump-ın Rusiyaya qarşı sanksiyaları qaldırmaq səlahiyətini kəskin şəkildə azaldacaq.


Bundan əvvəl Donald Trump Rusiya siyasəti məsələsində sərbəstlik istədiyini bildirib.


Cənab Trump-ın prezidentlik dövrünün gündəmi Rusiyanın onun xeyrinə ABŞ prezident seçkilərinə müdaxilə etməsinə dair iddialarla dolub olub.

Rəsmi Moskva bu iddiaları rədd edir, lakin hazırda bir neçə ABŞ təhqiqatı Trump seçki kampaniyası və Rusiya rəsmiləri arasında iddia edilən sövdələşməni araşdırır.

Siyasi müxbirlər hər iki partiyanın layihəyə dəstəyinin cənab Trump-ın şəxsi istəklərindən asılı olmayaraq kongresin Rusiyaya qarşı möhkəm mövqe tutmaq niyyətində olduğunu göstərdiyini deyirlər.

Prezident yeni qanunu vetosundan istifadə edərək ləğv edə bilər, lakin bu hərəkəti onun Kremllə əlaqələri barədə şübhələri artıra bilər, təhlilçilər bildirib.

Lakin bu layihəni imzalamaqla, o, administrasiyasının qarşı olduğu bir qanunu tətbiq etmiş olacaq.

Senatın Xarici Əlaqələr Komitəsində yer alan ən yüksək vəzifəli demokrat senator Ben Cardin razılığın “gərgin danışıqlardan” sonra əldə edildiyini deyib.

“Bunu etməkdə az qala birləşmiş kongres ABŞ xalqı və müttəfiqlərimiz adından prezident Putinə çox aydın bir mesaj göndərəcək və bunu etməyə bizə prezident Trump-ın köməyi lazımdır”, o, vurğulayıb.

Yeni layihə həmçinin Şimali Koreya və İrana qarşı yeni sanksiyaların tətbiq edilməsini mümkün edəcək.

Hazırda Krımın işğalına cavab olaraq ABŞ-ın Rusiyalı şirkətlər və şəxslərə qarşı bir neçə sanksiyaları qüvvədədir. Dekabr ayında, Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə etdiyi iddiaları ortaya çıxanda, keçmiş prezident Barack Obama ABŞ-da yerləşən iki Rusiya obyektini müsadirə edib və 35 Rusiya diplomatını ölkədən çıxarmışdı.

Kreml obyektlərin qaytarılmasını tələb edib və əks halda ABŞ-ı “xüsusi addımlar”la hədələyib. Keçən həftə keçirilmiş yüksək səviyyəli danışıqlardan sonra bir Rusiya rəsmisi qarşıdurmanın “az qala” həll edildiyini deyib.

Lakin yeni qanun prezident Trump üçün kongresin təsdiqi olmadan sanksiyaları qaldırmağı çətinləşdirəcək.

Seçki kampaniyası vaxtı Donald Trump Krımı Rusiyanın tərkib hissəsi kimi tanımağın və Rusiyaya qarşı sanksiyaları qaldırmağın mümkünlüyünə işarə etmişdi.
Tarix: 23-07-2017, 16:57
Xəbəri paylaş





Xəbər lenti