ABŞ-dan PKK-ya daha bir jest: Türkiyə əleyhinə daha bir addım
Suriyanın şimalında PKK terror təşkilatının nəzarətindəki bölgələrdə 7 hərbi baza quran ABŞ təşkilata daha bir “jest” edib.
Hurriyyet.org xəbər verir ki, Amerika Suriyaya pilotsuz təyyarələr göndərəcək.
İŞİD terror təşkilatına qarşı əməliyyatları bəhanə edərək PKK-ya silah və maddi yardımı əsirgəməyən ABŞ terrorçuları dron cihazları ilə də təmin edəcək.
Pilotsuz təyyarələrin istifadəsi mövzusunda terrorçulara təlim vermək üçün Amerikanın Kobanidəki hərbi bazasına 9 hərbi məsləhətçi də göndərilib.
ABŞ Xarici İşlər Nazirliyi terror təşkilatına hərbi dəstəyin veriləcəyi faktını təkzib etməyib. /publika.az/
Tarix: 27-07-2017, 15:03