Türkiyə ordusu Kobaniyə girdi? - Hiddo açıqladı

Türkiyə ordusu Kobaniyə girdi? - Hiddo açıqladı Türkiyə ordusunun Kobanidəki kəndlərə daxil olması yalandır.

Axar.az xəbər verir ki, bu sözləri PYD-yə bağlı Demokratik Suriya Məclisinin rəhbəri Rezan Hiddo bildirib.

"Bu məlumat doğru deyil. Türkiyə ordusunun Kobanidəki kəndlərə daxil olmadığını təsdiq edərəm. Sözügedən məlumatı bəzi mətbuat orqanları yaydı, ancaq bu doğru deyil", - Hiddo qeyd edib.

Qeyd edək ki, ötən gün "Hawar News" xəbər agentliyi Türkiyə əsgərlərinin Suriyanın şimalındakı Kobaniyə girdiyini iddia etmişdi.
Tarix: 31-07-2017, 23:37
Xəbəri paylaş





Xəbər lenti