ABŞ: “Şimali Koreya ilə danışıq dövrü bitdi. Ölümcül cavaba hazırıq” – Kim Çen 11 500 km uçan raketlə Pxenyandan Nyu-Yorku vura bilər

ABŞ: “Şimali Koreya ilə danışıq dövrü bitdi. Ölümcül cavaba hazırıq” – Kim Çen 11 500 km uçan raketlə Pxenyandan Nyu-Yorku vura bilər Dəniz səviyyəsindən 3 724 km yüksələn qitələrarası “ölüm oyuncağı”

Hurriyyet.org xəbər verir ki, BMT Təhlükəsizlik Şurasını iclasa dəvət etməyən Vaşinqton, Çindən, yenə də raket sınağı keçirmiş Şimali Koreyaya qarşı addımlar atmağı tələb edib. Dialoqun sona çatdığı xəbərini verən CNN kanalı bildirib: “ABŞ, Şimali Koreyaya qarşı yeni strategiya reallaşdıracaq”.


Şimali Koreyanın dünyanı titrədən son raket testi ABŞ-da şok təsiri yaradıb. BMT Təhlükəsizlik Şurasının bir nəticə əldə etmədiyini bildirən ABŞ bu qurumu iclasa dəvət etməyəcəyini bəyan edib. Vaşinqton artıq danışıq zamanının keçdiyini bildirib.

Şimali Koreyanın atdığı son raket Yer kürəsində tarazlığı dəyişdirir. Dəniz səviyyəsində 3 724 km yuksəyə qalxan və 47 dəqiqə havada qalan raketin ABŞ-ı öz əhatə dairəsinə daxil eləməsi Birləşmiş Ştatların mövqeyini dəyişməsinə səbəb olub.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, artıq bir nəticə əldə etməyəcəklərini bəyan edib.

“Artlq danışıq zamanı keçdi” deyən Haley, yazılı açıqlamasında deyib: “Şimali Koreya üzərindəki beynəlxalq təzyiqi lazım olan şəkildə artırmayan bir Təhlükəsizlik Şurasının heç bir qiyməti yoxdur. Əksinə, bu Şimali Koreyanın diktatoruna beynəlxalq ictimaiyyətin ciddi bir şəkildə meydan oxuya bilməyəcəyi ilə bağlı bir mesaj vermiş olur”.

Nikki Halley iyulun əvvəlindəki raket testindən sonra lazım gələrsə, Şimali Koreyanı vura biləcəklərini demişdi. İndi isə CNN kanalı dialoq qapısının bağlandığını bildirib.

“Ölümcül cavaba hazırıq”

Vaşinqton, raket sınağından sonra məşhur B-1B qırıcı təyyarələrini dünən Koreya yarımadasının üzərində uçuraraq, Şimali Koreya lideri Kim Çenə meydan oxuyub. Amerika hərbi təyyarələrini Yaponiya və Çin qırıcıları da müşayiət edib.

Sakit Okean Komandanlığının rəsmi açıqlamasında deyilir: “Sürətli, ölümcül və çox sanballı bir qüvvə ilə cavab verməyə hazırıq”.

“Çin artıq qəti addım atmalıdır”

ABŞ, Çinin də Şimali Koreyaya qarşı addımlar atmasını istəyir. Prezident Donald Trampın dünən paylaşdığı “Tvitter” mesajlarından sonra Niki Haley deyib: “Çin artıq addım atıb-atmayacağı barədə qəti qərar verməlidir”.

Aprel ayından bəri Pekin iqtidarından Pxenyana qarşı təzyiq göstərilməsini tələb edən prezident tramp, ard-arda yazdığı mesajlarda bildirib: “Çin bizi çox məyus elədi. Keçmişdəki axmaq liderlərimiz ildə milyard dollarlıq ticarət etmələrinə icazə verdilər, lakin onlar Şimali Koreya məsələsində bizim üçün heç nə eləmədilər. Belə davam eləməsinə icazə verməyəcəyik. Çin bu problemi asanlıqla həll edə bilərdi”.

Çin Trampa cavab verib

Çin isə bu gün Trampn məyusluq mesajına cavab verib. Xarici İşlər Nazirliyinin imzaladığı rəsmi açıqlamada hər iki tərəfi problemin həlli üçün birlikdə səy göstərməyə çağırıb.

Nyu York hədəfdir

Şimali Koreyanın atdığı axırıncı qitələrarası ballistik raket, iyulun 3-də sınaqdan keçirilən Hvasonq-14 modeli ilə eynidir.

Lakin Kimin yeni nəsil KN-08 raketinin mənzilinin 11 min 500 kilometrə çatması gözlənilir. Bu məsafə, ABŞ-ın şərq sahilindəki Nyu-Yorkun belə Pxenyandan vurula biləcəyi deməkdir.
Tarix: 1-08-2017, 16:55
Xəbəri paylaş





Xəbər lenti