ABŞ Ukraynaya silah göndərilməsini müzakirə edir - Rusiya ilə qarşıdurma ciddiləşir

ABŞ Ukraynaya silah göndərilməsini müzakirə edir - Rusiya ilə qarşıdurma ciddiləşir AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynaya silah göndərilməsi məsələsini müzakirə edir.

Pentaqon və ABŞ Dövlət Departamenti (DD) bu barədə birgə plan hazırlayıb və Ağ Evdən onun təsdiqlənməsini istəyir. Bu barədə xəbəri «Wall Street Journal» nəşri yayıb.

Kiyev Vaşinqtondan tank əleyhinə raketlər, zenit kompleksləri və digər silahları ala bilər. Nəşrin Pentaqondakı mənbələri və DD-nin nümayəndələri xəbər veriblər ki, silahlar «Moskvanın aqressiv fəaliyyətinin qarşısının alınması üçün» nəzərdə tutulub.

«Wall Street Journal» nəşrinin məlumatına görə, Rusiya Donbasdakı separatçıları tanklarla və digər müasir silahlarla təchiz edir – bir tərəfdən, digər tərəfdən isə Rusiyanın hərbi müşavirləri Ukraynanın cənub-şərqində separatçılara fəal dəstək verirlər.

Məlumata görə, ABŞ hərbçilərinin və diplomatlarının planını ABŞ-ın müdafiə naziri Ceyms Mettis də dəstəkləyib. Ancaq planın reallaşdırılmasına aylarla vaxt lazım gələ bilər.

Nəşrin məlumatına görə, Donald Tramp hələlik sözügedən idarələrin irəli sürdüyü bu təklifdən xəbərsizdir.
Tarix: 1-08-2017, 17:22
Xəbəri paylaş





Xəbər lenti