Çin Hindistanı müharibə ilə hədələyir!

Çin Hindistanı müharibə ilə hədələyir! AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) mübahisəli ərazilərə görə, Hindistanı müharibə ilə hədələyib.

ÇXR Müdafiə Nazirliyinin (MN) təhlükəsizlik məsələləri üzrə beynəlxalq əməkdaşlıq Mərkəzinin başçısı, polkovnik Çjou Bo bəyan edib ki, əgər Hindistan müharibə istəmirsə, o zaman öz hərbçilərini Çin ərazilərindən çıxarmalıdır. Bu barədə çinli polkovnik öz opponentinə – Hindistan ordusunun istefada olan general-mayoru Aşkou Mextə «CGTN» telekanalındakı birgə debatlarda deyib.

«Siz, Çin ərazisindəsiniz və əgər müharibə istəmirsinizsə, o zaman bizim ərazilərdən getməlisiniz» - deyə, Hindistanlı həmkarının «Doklam mübahisəli ərazidir» tezisinə cavab olaraq çinli hərbçi bəyan edib.
Hindistan nümayəndəsi də öz növbəsində, bəyan edib ki, Çinin kütləvi informasiya vasitələri (KİV) iki ölkə arasında mümkün silahlı qarşıdurma barədə aqressiv məqalələr dərc edirlər və bununla da Hindistanı münaqişəyə çəkirlər.

Siam.az
Tarix: 3-08-2017, 09:09
Xəbəri paylaş





Xəbər lenti