Saakaşvili Ukrayna prezidenti ilə Polşadan mübarizə aparacaq

Saakaşvili Ukrayna prezidenti ilə Polşadan mübarizə aparacaq Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Polşanın ZIK telekanalının “FACE2FACE” proqramında verdiyi müsahibədə bildirib ki, Ukraynaya münasibətdə Polşada olmaq ABŞ-da daha rahat şəraitdə qalmaqdan daha düzgün seçimdir.

“Mən Polşadayam, dost Polşada. Bura Varşava üsyanının ildönümünə həsr olunmuş bir neçə tədbirdə iştirak etmək üçün dəvətlə gəlmişəm. Mənə belə gəlir ki, Ukraynaya yaxın olmaq ABŞ-da rahat şəraitdə yaşamaqdan daha təhlükəsiz və düzgündür”, - virtualaz.org “Gordonua.com” nəşrinə istinadən xəbər verir ki, Saakaşvili müsahibəsində belə deyib.

O qeyd edib ki, ABŞ-ı tərk etməkdə çətinliklə üzləşməyib.

Xatırladaq ki, Ukrayna vətəndaşlığından məhrum edildikdən sonra Mixail Saakaşvilinin şəxsiyyətini təsdiq edən bütün sənədlər ləğv edilib və onun Polşa sərhədini necə keçməsi dünya KİV-ində müzakirə mövzusudur.
Tarix: 5-08-2017, 23:14
Xəbəri paylaş





Xəbər lenti