Səudiyyə açıq geyimə icazə verdi – Nə baş verir?

Səudiyyə açıq geyimə icazə verdi – Nə baş verir? Səudiyyə Ərəbistanı Qırmızı dənizin ətrafında yaradılacaq yeni turizm bölgəsində çimərlik geyiminə icazə verəcək.
Yeni turizm bölgəsinin beynəlxalq standartlara cavab verən qaydalarla idarə ediləcəyi bildirilib.
Bu qərarın şəxsən Səudiyyə şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı rəhbərliyi Qırmızı dənizin ətrafındakı 50 adanı xüsusi turizm bölgəsi elan etməyə hazırlaşdığını elan edib. Bölgə üçün tikinti işlərinin 2019-da başlayacağı, hava limanı tikiləcək ərazinin 2022-ci ildə tam hazır olacağı bildirilib.
Alkoqolun, kino və teatrların qadağan olunduğu Səudiyyə Ərəbistanında qadınların baş və qollarının örtülü olması məcburidir.(axar.az)
Tarix: 6-08-2017, 16:31
Xəbəri paylaş





Xəbər lenti