Əfsanəvi çeçen generalın öncəgörən müsahibəsi üzə çıxdı - ”Rusiyanın Çeçenistandakı bütün qoşunları Krıma keçməli idi...”

Əfsanəvi çeçen generalın öncəgörən müsahibəsi üzə çıxdı - ”Rusiyanın Çeçenistandakı bütün qoşunları Krıma keçməli idi...” Rusiya Krımı Çeçenistandakı müharibədən sonra eyni zamanda Estoniya, Latviya, Litva, Qırğızıstan və Qazaxıstanı da işğal etmək planlarından çəkinmədən ələ keçirməli idi.

Moderator.az-ın rus versiyası xəbər verir ki, bu haqda əvvəllər üzə çıxmamış bir müsahibəsində Çeçen İçkeriya Respublikasının ilk prezidenti Cövhər Dudayev bəhs edibmiş. Həmin müsahibənin video-yazısı bu günlərdə You Tube-də yerləşdirilib.

Əfsanəvi çeçen general 1995-ci ildə verdiyi müsahibədəöncədən Ukrayna ilə Rusiya arasındakı münaqişənin baş verəcəyini də söyləyib:”Çeçenistandakı hərbi kampaniya bitirdi və buradakı bütün qoşunlar Krıma keçməli idi. Krımda hələ qarşıdurma olacaq. Ukraynanın Rusiya ilə arası qarışacaq. Nə qədərki rusizm mövcuddur, o, heç vaxt öz ambisiyalarından geri çəkilməyəcək. Rusiya əslində reketdir. O, hədə-qorxularla, tanklarla özünə para qopardır, İrana nüvə texnologiyası verməklə hədələyir.Əgər sivil dünya bunları istəmirsə, qoy pul versin...”
Tarix: 7-08-2017, 10:10
Xəbəri paylaş





Xəbər lenti