Prezident: “İnsan haqları cəhənnəm olsun” –Tillersonla görüşdə qalmaqal

Prezident: “İnsan haqları cəhənnəm olsun” –Tillersonla görüşdə qalmaqal ABŞ-ın xarici işlər naziri Reks Tillerson, Avstraliyanın XİN rəhbəri Culi Bişop və Filippin prezidenti Duterte Manilada görüşüb. Görüşdə Duterte ABŞ-la müttəfiq olduqlarını qeyd edərək insan haqları mövzusundan danışıb.

Strateq.az "Ölkə.az"a istinadən xəbər verir ki, Dutertenin bu dəfə hədəfi insan haqları olub. İnsan haqları barədə verilən suala Filippin prezidenti belə cavab verib: "İnsan haqları cəhənnəm olsun. Maravidə müharibə gedir. Əsgərlər və polislər ölürlər. Bu səbəbdən insan haqları mövzusuna girişməyə ehtiyac yoxdur".

Filippin prezidenti daha sonra deyib: "Hərbçilər, polislər həlak olurlar, siz nəyin insan haqlarından danışırsınız?".
Tarix: 8-08-2017, 13:34
Xəbəri paylaş





Xəbər lenti