Ermənistanda dabaq xəstəliyi yayılır

Ermənistanda dabaq xəstəliyi yayılır Ermənistanın şimalında kəndlərdə bir neçə gündür dabaq xəstəliyi yayılır.

Virtualaz.org bildirir ki, bu barədə Novosti Armeniya-ya Debed kəndi Ağsaqqallar şurasının sədri Aşot Kazaryan məlumat verib.

Onun sözlərinə görə, kənddə 800 baş mal-qaranın 500-dən çoxu bu xəstəliyə yoluxub. Amma hələlik mal-qara ölümü qeydə alınmayıb.

Hazırda Qida Məhsulları üzrə Təhlükəsizlik Xidməti vilayət bölməsinin əməkdaşları həmin kənddədirlər.

Xatırladaq ki, dabaq - qaramal, davar və donuzlar arasında yayılan yoluxucu xəstəlikdir. Bu xəstəliyə yoluxan heyvanlarda ağız suyu artır, suluqlar əmələ gəlir.
Tarix: 9-08-2017, 08:29
Xəbəri paylaş





Xəbər lenti