ABŞ istəsə, bu müharibəni dayandırar - Ekspert

ABŞ istəsə, bu müharibəni dayandırar - Ekspert ABŞ Yəmən müharibəsində Səudiyyə Ərəbistanına hərbi yardımlar və kəşfiyyat məlumatları ilə dəstək verir.

Axar.az xəbər verir ki, bu sözləri Yəmənin Hizbul Hak Partiyasının keçmiş üzvü Əhməd Bəhri deyib.

“Səudiyyə ABŞ-ın təlimatı ilə Yəmən müharibəsinə başladı və Vaşinqtonun icazəsini almadan bununla bağlı heç bir əməliyyat aparmır. Əgər ABŞ bu böhranı dayandırmaq istəsəydi, lazımi tərəflərə lazımi təzyiqi göstərə bilərdi”, - Bəhri bildirib.

Qeyd edək ki, 2014-cü ilin avqustunda Yəməndə hökumət qüvvələri ilə qiyamçı husilər arasında qarşıdurma başlayıb. 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılığı ilə ərəb koalisiyası husilərə hava zərbəsi endirməyə başlayıb. İndiyə qədər 10 min dinc sakin, o cümlədən, 2,4 min uşaq və 2 min qadın daxili savaşın qurbanı olub.
Tarix: 9-08-2017, 23:12
Xəbəri paylaş





Xəbər lenti