ABŞ Meksikanın 42 şirkət və 22 vətəndaşına sanksiya tətbiq etdi –Aralarında məşhur futbolçu da var

ABŞ Meksikanın 42 şirkət və 22 vətəndaşına sanksiya tətbiq etdi –Aralarında məşhur futbolçu da var ABŞ Maliyyə nazirliyi narkomafiya ilə əlaqəli olduqlarına görə Meksikanın 42 şirkəti və 22 vətəndaşına qarşı sanksiyalar tətbiq edib.

Onların arasında məşhur futbolçu Rafael Markesin də adı var.

Sanksiya siyahısına həmçinin tanınmış müğənni Xulio Sezar Alvares Montelonqo da düşüb.

“Hər iki şəxs narkokartelin başçısı Flores Hernandeslə uzunmüddətli münasibətlərdə, həmçinin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan təşkilatlarla əlaqədə olmaqda günahlandırılır”, nazirliyin məlumatında vurğulanıb.

Meksika futbol tarixində ən yaxşı oyunçulardan biri kimi tanınan 38 yaşlı Rafael Markes “Monako” (1999-2003) və “Barselona” (2003-2010) kimi məşhur klublarda çıxış edib. Hazırda Meksikanın “Atlas Qvadalaxara” klubunun şərəfini qoruyur. (APA)


ABŞ Meksikanın 42 şirkət və 22 vətəndaşına sanksiya tətbiq etdi –Aralarında məşhur futbolçu da var


Markes
Tarix: 10-08-2017, 07:09
Xəbəri paylaş





Xəbər lenti