ÇEVRİLİŞ ADAMI ALMANİYADA ORTAYA ÇIXIB

ÇEVRİLİŞ ADAMI ALMANİYADA ORTAYA ÇIXIB 16 iyulda məhkəmə zalından azadlığa buraxılan Adil Öksüz Ankaradan İstanbula uçub, oradan isə Sakaryaya yollanıb və bundan sonra onun izi itib

FETÖ terror şəbəkəsinin 15 iyul uğursuz çevriliş cəhdindən sonra həbs olunan, lakin bir qədər sonra FETÖ-çü hakim tərəfindən sərbəst buraxılan, təşkilatın Hərbi Hava Qüvvələrindəki imamı Adil Öksüz Almaniyada ortaya çıxıb. Adil Öksüzün Almaniya hökumətindən siyasi sığınacaq tələb etdiyi məlum olub. Öksüz bu müraciəti Baden-Württemberg əyalətində edib.


FETÖ-çünün sığınacaq müraciəti "Əcnəbilər polisi” adlı qurum tərəfindən qəbul edilib. Normal halda müvəqqəti sığınacaq tələb edən şəxsin adı rəsmi siyahıda yer alır. Amma Öksüzün adı dövlət qurumlarının rəsmi siyahısında olmayıb. Onun saxta ad-soyad vasitəsi ilə müraciət edə biləcəyi də ehtimal edilir. Öksüzün "darbə” cəhdindən bir həftə sonra Amerika konsulluğuna getdiyi də məlum olub. Xatırladaq ki, 16 iyulda məhkəmə zalından azadlığa buraxılan Adil Öksüz Ankaradan İstanbula uçub, oradan isə Sakaryaya yollanıb və bundan sonra onun izi itib. Xaricə hansı saxta adla getdiyi hələlik bəlli deyil.

Araşdırmalardan bəlli olub ki, bu il fevralın 15-də Ukraynadan Almaniyaya gələn bir iş adamı Frankfurt baş konsulluğunun məsul şəxsləri ilə görüşüb. Həmin şəxs etiraf edib ki, FETÖ mənsubu olduğunu bildiyi tanışının xanımını və 3 övladını qarşılamaq üçün Frankfurtdakı "Global Otel”ə getdiyi zaman əlində çamadan olan Adil Öksüzü də orada görüb.

Bundan başqa, bu il aprelin 5-də Türkiyə Ədliyyə Nazirliyinə zəng vuran naməlum şəxs Adil Öksüzü Almaniyanın Ulm şəhərində gördüyünü söyləyib. Onun sözlərinə görə, Öksüz Ulm şəhərindəki "İdlis Otel Bahnhof” otelində bir neçə həftə qalıb. Öksüzün konkret harada gizlənməsi haqqında araşdırmalar davam etdirilir.

İsmayıl
Tarix: 10-08-2017, 09:25
Xəbəri paylaş





Xəbər lenti